Yens Stoltenberq Türkiyə Prezidentinin İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə razı olduğunu bildirib
Yens Stoltenberq Türkiyə Prezidentinin İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə razı olduğunu bildirib

 
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə razı olduğunu bildirib.

Bu barədə Alyansın baş katibi Vilnüsdə keçirdiyi mətbuat konfransında məlumat verib.

Bununla yanaşı, Yens Stoltenberq bu barədə sosial şəbəkədə də yazıb.

“Rəcəb Tayyib Ərdoğan və İsveçin Baş naziri arasında ev sahibliyi etdiyim görüşdən sonra prezident Ərdoğanın Türkiyə Böyük Məclisində İsveçin Qoşulma Protokolunun ratifikasiya prosesini irəli çəkəcəyi və ratifikasiyasının təmin ediləcəyi barədə razılığa gəldiyini bildirməkdən məmnunam.

Bu, bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır”-deyə Stoltenberq yazır.