Yens Stoltenberq Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edir
NTO-nun baş katibi, Yens Stoltenberq Ankarada, Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edir, – bu barədə “Anadolu” yazır.
NATO-nun yaydığı bəyanatda Yens Stoltenberqin Türkiyəyə iki günlük səfəri çərçivəsində Türkiyə prezidenti və Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.
Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Türkiyəyə 78 ölkədən yüksək səviyyəli rəsmilər getdilər. 21 ölkə rəhbəri, 13 ölkə baş naziri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri Ankaradadılar.
Rəcəb Tayyib Ərdoğan artıq prezident andı içdi və onunbeş illik prezidentliyi müddəti başladı.