Yens Stoltenberq - Putin onun sərhədlərində daha az NATO istəyirdi, lakin indi daha çox NATO alacaq
Yens Stoltenberq - Putin onun sərhədlərində daha az NATO istəyirdi, lakin indi daha çox NATO alacaq

Putin onun sərhədlərində daha az NATO istəyirdi, lakin indi daha çox NATO alacaq, – bu barədə Finlandiya, Türkiyə və İsveç arasında üçtərəfli memorandumun imzalanmasından sonra Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bəyan etdi.

Onun sözlərinə görə, bu, Vladimir Putinə bir siqnaldır ki, NATO-nun qapısı yeni ölkələr üçün açıq qalır.

“Bu, Vladimir Putinə bir siqnaldır ki, NATO-nun qapısı yeni ölkələr üçün açıq qalır. Bu, onun istədiklərinin əksinədir. O, sərhədlərində daha az NATO istəyirdi, lakin indi daha çox NATO alacaq”, – Alyansının baş katibi bəyan etdi.