Yens Stoltenberq - NATO zirvə görüşündə biz daha çox sərmayə də daxil olmaqla çəkindirmə və müdafiə qabiliyyətini gücləndirəcəyik, eləcə də Ukraynaya dəstəyi gücləndirəcək və onu NATO ilə yaxınlaşdıracağıq
Yens Stoltenberq - NATO zirvə görüşündə biz daha çox sərmayə də daxil olmaqla çəkindirmə və müdafiə qabiliyyətini gücləndirəcəyik, eləcə də Ukraynaya dəstəyi gücləndirəcək və onu NATO ilə yaxınlaşdıracağıq

 

Bu həftə NATO zirvə görüşündə biz daha çox sərmayə də daxil olmaqla çəkindirmə və müdafiə qabiliyyətini gücləndirəcəyik, eləcə də Ukraynaya dəstəyi gücləndirəcək və onu NATO ilə yaxınlaşdıracağıq – bu barədə NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb.

O, qaydalara əsaslanan beynəlxalq nizamı dəstəkləmək üçün tərəfdaşlar ilə daha da sıx əməkdaşlıq edəcəklərini bildirib.

“Sonuncu dəfə Litvada cəmi iki həftə əvvəl olmuşam. Biz “Griffin Strom” təlimində iştirak edən Litva və Almaniya hərbçiləri ilə görüşdük və bununla da NATO-nun Litvada mövcudluğunu briqada ölçüsünə qədər gücləndirmək bacarığımızı nümayiş etdirdik.

Zirvə toplantısında bütün sahələrdə yüksək hazırlıq və əsas imkanlara malik 300 000 əsgərin dəstəklədiyi üç yeni regional plan da daxil olmaqla, çəkindirmə və müdafiə imkanlarımızı gücləndirmək üçün növbəti mühüm addımlar atacağıq.

Bu, aydın mesaj verir ki, biz Litvanın hər sm-ni və müttəfiqlərin ərazisinin hər sm-ni müdafiə edəcəyik. Ukrayna ilə bağlı da qərarlar verəcəyik. Bu, Ukrayna qüvvələrini müttəfiqlərlə tam uyğun edəcək Sovet dövründən qalma avadanlıq və standartlardan NATO standartlarına keçid üçün çoxillik yardım paketini və minatəmizləmə avadanlığı, yanacaq və tibbi ləvazimat kimi mühüm ehtiyacları əhatə edir. Biz siyasi əlaqələrimizi də yaxşılaşdıracağıq. Prezident Zelenski yeni NATO-Ukrayna Şurasının inauqurasiya iclasına qatılacaq. Sabah müttəfiqlər Ukraynanın NATO-ya daxil olması yolunu müzakirə edəcəklər. Ukraynaya dəstəyi davam etdirmək və öz qüvvələrimizi gücləndirmək üçün müdafiəyə daha çox sərmayə qoymalıyıq”-deyə Yens Stoltenberq açıqlayıb.