Yens Stoltenberq NATO-nun baş katibi olaraq 2020-ci ilin sentyabrın 30-dək qalacaq
NATO-nun üzv ölkələri, aliyansın baş katibi Yens Stoltenberqin mandatının uzadılması haqqında qərarı bu gün qəbul etdilər.
Brüseldən Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, Yens Stoltenberq NATO-nun baş katibi vəzifəsini 2020-ci ilin sentyabrın 30-dək tutacaq.
Aliyansda bəyan edirlər ki, NATO baş katibə tam etimadını bəyan edir və gələcək işində uğurlar arzulayırlar.
Yens Stoltenberq aliyansın üzvlərinə minnətdarlığını bildirir.
Stoltenberq NATO-nun sıra ilə 13-cü baş katibi vəzifəsinə aliyansın şurası 2014-cü ilin oktyabrın 1-də təyin olundu.
NATO-nun baş katibi vəzifəsində Stoltenberqin səlahiyyətinin müddəti bu il tükənirdi.