Yens Stoltenberq – NATO müttəfiqləri Rusiyanı Gürcüstanın, Ukraynanın, Moldovanın ərazi bütövlüyünə hörmət etməyə çağırdılar, biz heç bir ölkənin suverenliyinə qarşı güzəştə getməyəcəyik
NATO-nun baş katibi, Yens Stoltenberqin bəyan etdiyinə görə, alyansın müttəfiqləri bu gün Rusiyanı qoşunlarını çıxarmağa, Gürcüstan, Ukrayna və Moldovanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırdılar.
Elə onun dediyinə görə, bunlar bütün ölkələrin Avropada sülh və təhlükəsizliyə hörmət etməli olduğu əsas prinsiplərdir.
Bununla yanaşı, Stoltenberq qeyd edir ki, NATO müttəfiqləri Rusiya ilə dialoqa hazırdırlar, lakin əsas prinsiplərdə güzəştə getməyəcəklər.
“Rusiyanın Gürcüstanda, Ukraynada, Krımda, eləcə də Moldovada hərbi qüvvələri var. Bu qoşunlar bu ölkələrin hökumətlərinin icazəsi olmadandılar. Onları oraya heçkim dəvət etməyib və alqışlamır. NATO müttəfiqləri bu gün Rusiyanı qoşunlarını çıxarmağa, Gürcüstan, Ukrayna və Moldovanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırdılar. Bunlar bütün ölkələrin Avropada sülh və təhlükəsizliyə hörmət etməli olduğu əsas prinsiplərdir.
NATO müttəfiqləri Rusiya ilə dialoqa hazırdırlar, lakin biz əsas prinsiplərdə güzəştə getməyəcəyik. Biz biz heç bir ölkənin suverenliyinə və ərazi bütövlüyünə, hansısa ölkənin hüququna ki, öz yolunu seçsin və NATO müttəfiqlərinin bir-birini müdafiəs etmək hüququna qarşı güzəştə getməyəcəyik”, – Yens Stoltenberq NATO-Rusiya Şurasının iclasından sonra keçirilən brifinqdə bəyan etdi.