Yens Stoltenberq – NATO Gürcüstandan son illər üzərində çox çalışdığı demokratik standartları müdafiə edəcəyini gözləyir
NATO Gürcüstandan son illər üzərində çox çalışdığı demokratik standartları müdafiə edəcəyini gözləyir, – bu barədə NATO-nun baş katibi, Yens Stoltenberq Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.
Yens Stoltenberqin qeyd etdiyi kimi, görüşdə Gürcüstanın daxili islahatları və illik milli proqramın implementasiyası müzakirə olundu.
“Ədliyyə sistemində islahatlar, media azadlığı və təhlükəsizlik sektorunun hesabatlılığı ilə bağlı işlərin davam etdirilməsi həyati əhəmiyyətlidir. Biz həmçinin, sizi siyasi fikir narazılığı həll etmək, polarizasiya ritorikasını və hərəkətlərini azaltmaq üçün müxalifətlə işləməyə çağırırıq. NATO Gürcüstandan son illər üzərində çox çalışdığı demokratik standartları müdafiə edəcəyini gözləyir”, – Yens Stoltenberq bəyan etdi.