Yens Stoltenberq - NATO Gürcüstana gələcək üzvlük üçün siyasi və praktiki yardım etməyə davam edəcək
NATO Gürcüstana gələcək üzvlük üçün siyasi və praktiki yardım etməyə davam edəcək, – bu barədə bəyanatı NATO-nun baş katibi Yens Stoltenberq Birinci Kanal ilə eksklyuziv müsahibə zamanı verdi.
Stoltenberqin bəyanatına görə, NATO-nun üzv ölkələrinin liderləri iyulun 11-12-də Brüsseldə keçiriləcək sammitdə, 2008-ci ildə Buxarest sammitindəki bəyanatlarını təkralayacaqlar.
“Biz Gürcüstanın NATO-nu üzvü olmaq niyyətini dəstəkləyirik. Gözləntim var ki, növbəti sammitdə üzv ölkələrinin liderləri 2008-ci ildə, Buxarestdə verdikləri bəyanatları yenə təkrarlayacaqlar.
NATO Gürcüstana siyasi və praktiki yardım göstərməyə davam edəcək. Biz Gürcüstanın bir çox sahədə, onların arasında müdafiyə və təhlükəsizlik sahəsində əldə etdiyi proqresi qəbul edirik, – dedi Stoltenberq.
Stoltenberqin dediyinə görə, sammitdən sonra, Gürcüstan haqqında rezolyusiyanın qəbulu planlaşdırılır.