Yens Stoltenberq - NATO Gürcüstana NATO-ya üzvlük yolunda dəstəyini davam etdirir
NATO, Gürcüstana NATO-ya üzvlük yolunda dəstəyini davam etdirir, – bu barədə Brüsseldə, Şimali Makedoniyanın NATO-ya üzv olması barəsində protokola imza atıldıqdan sonra, NATO-nun baş katibi, Yens Stoltenberq bəyan etdi. Stoltenberqin dediyinə görə, bu gün təsdiq olundu ki, NATO standartlarına cavab verən ölkələr üçün NATO qapısı açıqdır.
“Bu gün təsdiq olundu ki, NATO standartlarına, dəyərlərinə, qanunun aliliyinə cavab verən ölkələr üçün, NATO qapısı açıqdır.
Gürcüstanda gördüklərimizə sevinirik. Gürcüstanın cəhdlərini dəyərləndirirk.
NATO-nun liderləri 2018-ci ildə bəyan etdilər ki, Gürcüstan NATO-nun üzvü olacaq.
Biz, Gürcüstana NATO-ya üzvlük yolunda dəstəyimizi davam etdiririk”, – Yens Stoltenberq bəyan etdi.