Yens Stoltenberq hesab edir ki, Ukraynada müharibə danışıqlar masası arxasında başa çatacaq
Şimali Atlantika Alyansının baş katibi, Yens Stoltenberqin fikrincə, Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan müharibə danışıqlar masası arxasında bitəcək. O, bu barədə İspaniyanın “El Pais” nəşrinə müsahibəsində bəyan etdi.
Jurnalistin NATO baş katibinin hazırkı müharibənin danışıqlar masası arxasında tərəflərdən birinin tam məğlubiyyəti ilə başa çatacağına dair hər hansı proqnozunun olub-olmaması ilə bağlı sualına Stoltenberq belə cavab verdi ki, bu ehtimaldır.
“Bu güman edildiyinə görə belə olacaq. Ukraynanı mümkün qədər güclü etmək və daimi suveren və müstəqil Avropa dövlətinə kömək etmək bizim borcumuzdur. Bunun ən yaxşı yolu güclü hərbi dəstəyin təmin ediıməsi, iqtisadi dəstək və Rusiyaya qarşı sərt sanksiyalardır”, – Stoltenberq qeyd etdi.