Yens Stoltenberq – Biz Rusiya ilə dialoqa hazırıq, lakin açıq qapı siyasəti və NATO-nun bütün müttəfiqlərini qorumaq hüququ kimi əsas prinsiplərdən güzəştə getməyəcəyik
NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Alyansın müttəfiqləri Rusiya ilə görüşdə Avropanın təhlükəsizlik məsələlərinin geniş spektrini təqdim etdilər.
Stoltenberqin dediyinə görə, onların arasında NATO-nun Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi ismarıc var idi.
“Çox gərgin vəziyyətə görə əsas məsələ Ukrayna idi, lakin müzakirələr Gürcüstana da aid idi. Müttəfiqlər güclü dəstəyini bir daha təsdiqləyərək qeyd etdilər ki, NATO-ya üzvlük məsələsi aspirant ölkələr və müttəfiqlərin qərarıdır və heç kimin veto və ya müdaxilə etməyə hüququ yoxdur. Bu Avropanın fundamental prinsipləridir. Rusiyanın NATO-ya Gürcüstan, Ukrayna və ola bilsin ki, gələcəkdə Finlandiya və ya İsveçlə NATO-nun genişlənməsini dayandırmaq üçün hüquqi qüvvəyə malik saziş bağlamaq çağırışlarının qəbuledilməz olduğu açıq şəkildə ifadə olundu. Bu, hər bir ölkənin öz gələcəyini təyin etmək hüququna malik olması ideyasının bütöv pozulmasıdır. Bu prinsiplər, sözsüz ki, Gürcüstana da aiddir. Biz Rusiya ilə dialoqa hazırıq, lakin açıq qapı siyasəti və NATO-nun bütün müttəfiqlərini qorumaq hüququ kimi əsas prinsiplərdən güzəştə getməyəcəyik”, – Yens Stoltenberq Estoniya prezidenti, Alar Kari ilə keçirdiyi mətbuat konfransında bəyan etdi.