Yens Stoltenberq bəyan edir ki, Ukraynada yaxın həftələr ərzində müharibənin daha da gərginləşməsi gözlənilir
Yens Stoltenberq bəyan edir ki, Ukraynada yaxın həftələr ərzində müharibənin daha da gərginləşməsi gözlənilir

Şimali Atlantika Alyansı yaxın həftələr ərzində Ukraynada müharibənin daha da gərginləşməsini gözləyir. Ukrayna mediasının məlumatına görə, bu barədə NATO-nun baş katibi, Yens Stoltenberq “Welt am Sonntag” qəzetinə müsahibəsində bəyan etdi.

Medianın yazdığına görə, eyni zamanda Steltenberq Ukrayna üçün silahın çatdırılmasının davam etidrilməsni dəstəklədi.

“Uzunmüddətli perspektivfə Ukrayna özünü yalnız Sovet dövrü silahı ilə müdafiə edə bilməyəcək, müasir qərb silahına keçməlidir”, – Stoltenberq qeyd etdi.

Bununla yanaşı, Stoltenberq Rusiya Federasiyasını Ukraynada nüvə silahının istifadə ilə ilə bağlı xəbərdarlıq verdi. Onu ndediyinə görə, “nüvə müharibəsini qələbəsi mümkün deyil və başlanılmamalıdır, o cümlədən Rusiya tərəfindən”.

NATO-nun baş katibi həmçinin qeyd etdi ki, təşkilatda Putinin təhdidlərinə baxmayaraq, Rusiya Federasiyasının nüvə arsenalının Rusiyanın Ukraynaya təcavüzündən sonra ən yüksək hazırlıq səviyyəsinə qaldırıldığını göstərən heç bir məlumatı yoxudur.