Yeniyetmələrin pornoqrafiyasının hazırlanması-satılması və trefikinq ittihamı ilə DİN uşağın valideyn və pedaqoqunu yaxaladı
Gürcüstan Daxili İşlər Nazirliyi Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları, yeniyetmələrlə ticarət və onların pornoqrafiyasının hazırlanması-satılması ittihamı ilə mütəşəkkil qrupun daha 11 üzvünü – yeniyetmə uşağın valideynlərini və pedaqoqunu yaxaladılar, – bu barədə Daxili İşlər nazirinin müavini, Vladimer Bortsvadze DİN-də keçirilən brifinqdə bəyan etdi.
İdarənin məlumatına görə, zərərçəkmiş yeniyetmələrin hüquqlarının müdafiəsi məqsədi ilə, müvafiq psixo-sosial tədbirlər davam etdirilir.
İstintaq GCM-nin 255-ci maddəsinin 3-cü hissəsi, 143 prima 2-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 3-cü hissəsinin “q” bəndi və həmin maddənin 4-cü hissəsinin “a” bəndi ilə aparılır.
Cinayət 17 ildən 20 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.