Yeni Zelandiyanın şimal hissəsində torpaq sürüşməsi baş verib, xilasedicilər itkin düşənləri axtarırlar
Yeni Zelandiyanın şimal hissəsində güclü yağışlar nəticəsində baş verən torpaq sürüşməsi ilə əlaqədar xilasedici qruplar itkin düşən şəxsləri axtarır.
Medianın yazdığına görə, əhalinin təxliyəsi aparılır, yollar bağlanıb, minlərlə insan elektrik enerjisiz qalıb.
Torpaq sürüşməsi yerli vaxtla saat 09:30-da Yeni Zelandiyanın şimal hissəsində məşhur turistik ərazidə baş verib. Polis nümayəndəsi Tim Anderson bildirib ki, insanların sağ tapılacağına hələ də ümid var.