Yeni Zelandiyada koronavirusa görə, seçkiləri təxirə saldılar. Müvafiq qərarı baş nazir, Casinda Ardern qəbul etdi.
Onun dediyinə görə, Parlament seçkiləri 19 sentyabr əvəzinə, 17 oktyabrda keçiriləcək.
Baş nazirin bəyan etdiyinə görə, seçkilərin daha artıq müddətlə təxirə salınması lazım deyil.
Ona qədər, seçkilərin təxirə salınmasını müxalifət tələb edirdi.
Ölkədə pandemiyanın başlamasından bu günə qədər koronavirusun 1 600 halı aşkar edilib, 22 pasiyent vəfat edib.