Yeni Zelandiyada bildiriblər ki, ölkənin Avropa İttifaqına assosiativ üzv olması ilə bağlı heç bir müzakirə aparılmayıb

11:24, 18.09.2026

Yeni Zelandiyanın Avropa İttifaqının assosiativ üzvü olması ilə bağlı heç bir müzakirə aparılmayıb. Bunu Yeni Zelandiyanın xarici işlər naziri Uinston Pitersin mətbuat katibi bildirib.
Yeni Zelandiyada bu açıqlama Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olacağının məlum olmasından sonra verilib.

“Yeni Zelandiyanın Avropa İttifaqına assosiativ üzvlüyü ilə bağlı heç bir müzakirə aparılmayıb”, – deyə mətbuat katibi bildirib.

Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsi barədə Avstraliyada da açıqlama verilib. Avstraliyanın ticarət naziri Don Farrell bildirib ki, ölkəsi Kanadanın Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmaq təşəbbüsünü dəstəkləyir.

Qeyd edək ki, Avropa Parlamentinin prezidenti Roberta Metsola sentyabrın 17-də bildirib ki, Avstraliya və Yeni Zelandiya da Kanada kimi Avropa İttifaqı ilə münasibətlərini daha da dərinləşdirə bilərlər.

Oxşar