Yeni seçilmiş 11-ci çağırış parlamentinin ilk iclası bu gün keçiriləcək
11-ci çağırış parlamentinin ilk iclası bu gün keçiriləcək.
İclas saat 12:00-da başlayacaq və onun açılışını parlamentin ən yaşlı üzvü Lado Kaxadze edəcək.
Bundan əvvəl MSK tərəfindən verilmiş müvəqqəti mandatlar əsasında yeni seçilmiş parlamentin üzvlərinin qeydiyyatı aparılacaq.
Yeni seçilmiş parlamentin iclasının gündəliyində duran ilk məsələ parlamentin 150 üzvünün hamısının səlahiyyətlərinin tanınmasıdır. Bugünkü iclasda parlamentin sədrini və vitse-spikerləri seçəcəklər, eləcə də komitələrin sədrləri seçiləcək.
MSK-nın rəsmi nəticələrinə əsasən, 11-ci çağırış parlamentinə beş siyasi subyekt seçilib. 150 yerlik parlamentdə “Gürcü Arzusu”nun 89 mandatı var. Geridə qalan yerlər “Dəyişiklik Naminə Koalisiyası”, “Birlik – Milli Hərəkat”, “Güclü Gürcüstan” və “Qaxaria Gürcüstan Naminə” arasında bölüşdürülüb. Lakin, müxalifət parlamentə daxil olmağı planlaşdırmadığını bildirir.