Yeni patriarxın intronizasiyası mayın 12-də Svetitsxovelidə keçiriləcək
Yeni patriarxın intronizasiyası mayın 12-də Svetitsxovelidə keçiriləcək.
İntronizasiya tarixini bütün Gürcüstanın yeni Katolikos-Patriarxı Şio Muciri (Şio III) elan edib.
Tarixlə bağlı qərarı yeni patriarxın özünün qəbul etdiyi bildirilir.
Qeyd edək ki, Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş iclasında bu gün Şio Muciri Gürcüstanın 142-ci Katolikos-Patriarxı seçilib.