Yeni Papa möminlərə ilk dəfə müraciət etdi – Tanrı bizi sevir, tanrı hər kəsi sevir, şər qalib gələ bilməz, hər zaman sülh və ədalət axtaraq
Yeni Papa möminlərə ilk dəfə müraciət etdi – Tanrı bizi sevir, tanrı hər kəsi sevir, şər qalib gələ bilməz, hər zaman sülh və ədalət axtaraq

 

Sülh sizinlə olsun – yeni seçilmiş Roma Papası XIV Leo Müqəddəs Pyotr meydanına toplaşmış möminlərə belə müraciət etdi.

Papa XIV Leo dünyasını dəyişmiş Papa Fransiskə ehtiramını bildirdi və toplaşanları onu hər zaman xatırlamağa çağırdı.

“Pasxa səhəri Romaya xeyir-dua verən Papa Fransiskin zəif səsini yadda saxlayaq, Romaya xeyir-dua verən Papa Pasxa səhəri bütün dünyaya xeyir-dua verdi. İcazənizlə, bu xeyir-duanı davam etdirim. Tanrı bizi sevir. Tanrı hər kəsi sevir. Şər qalib gələ bilməz” – Papa XIV Leo italyan dilində bildirib.

Papa iki günlük Konklav zamanı onu seçən kardinallara italyan və ispan dillərində təşəkkür edib.

“Həmçinin, məni varis seçən qardaşlarıma, kardinallara təşəkkür etmək istəyirəm. Hər zaman sülh və ədalət axtaraq” – Papa XIV Leo bildirib.

69 yaşlı amerikalı kardinal Robert Prevost katolik kilsəsinin lideri oldu. O, tarixdə ilk amerikalı Papadır. Papalıqda onu XIV Leo adlandıracaqlar.