Yeni koronavirus təhlükəsinə görə, İtaliya iqtidarı Roma hava limanında nəzarəti sərtləşdirdi
Yeni koronavirus təhlükəsinə görə, İtaliya iqtidarı Roma hava limanında nəzarəti sərtləşdirdi

Yeni koronavirus təhlükəsinə görə, İtaliya iqtidarı Roma hava limanında nəzarəti sərtləşdirdi.

İtaliyanın Səhiyyə Nazirliyinin bəyanatına görə, Çində yaranan virusun Avropa İttifaqı ölkələrinə düşmə ehtimalı yoxdur, ancaq təhlükənin istisna edilməsi olmaz.

Roma hava limanına Çinin Uxan şəhrindən üç birbaşa reys həyata keçirilir. Çində yeni il bayramı yaxınlaşdığına görə, yolçuların axını artıb və İtaliya iqtidarı öz vətəndaşlarını Uxana şəhərinə getməkdən baş qaçırdmağa çağırır.

İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, pilotlar bortda virus simptomlarını mütləq elan etməli olacaqlar.

Çinin Uxan şəhərində bilinməyən növlü pnevmoniya epidemiyası dekabr ayında başladı. Mütəxəssislər ehtimal edirlər ki, xəstəliyə səbəb olan Koronavirusdur. Yeni virus 2002-2003-cü illərdə dünya miqyasında 800 nəfərin ölümünə səbəb olan viruslar ailəsindəndir.