Yeni il tədbirləri dekabrın 12-dən yanvarın 7-si də daxil olmaqla Birinci Respublika Meydanında keçiriləcək
Planlaşdırılan yeni il tədbirləri 27 gün ərzində Birinci Respublika Meydanında keçiriləcək – bu haqda Tbilisinin meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında deyib.
“Dekabrın 12-dən yanvarın 7-si də daxil olmaqla, Tbilisinin Meriyası rəngarəng, əyləncəli və görməli tədbirlər planlaşdırır. Tematik şəkildə təşkil edilmiş Yeni il məkanları ənənəvi olaraq mədəni, təhsil, uşaq, müxtəlif tematik fəaliyyətlərlə və fərqli janrlarda konsertlərlə dolu olacaq” – Kaxa Kaladze bildirib.
O, mərkəzi Milad ağacının işıqlarının da dekabrın 12-də yandırılacağını bildirib.
“Dekabrın 12-də mərkəzi Milad ağacının işıqlandırılması ilə paralel olaraq, bütün şəhər miqyasında Yeni il işıqları yandırılacaq, bayram üçün xüsusi olaraq bəzədilmiş Birinci Respublika Meydanı isə məhz dekabrın 12-dən Tbilisi sakinlərini və şəhərin qonaqlarını qəbul edəcək. Bir daha özəl şirkətləri və biznes sektorun nümayəndələrini ənənəyə uyğun olaraq, “Yeni il kəndində”, eləcə də şəhər miqyasında mövcud meydan və parklarda şəhərimizin Yeni il görkəminin yaradılmasına birgə qayğı göstərməyə çağırıram” – Kaxa Kaladze qeyd edib.