Yeni il işıqlarının sökülməsinə görə, Rustaveli prospektində gecə saatlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Yeni il işıqlarının sökülməsinə görə, Rustaveli prospektində gecə saatlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

 

Yeni il işıqlarının sökülməsi işlərinə görə, Rustaveli prospektində yanvarın 22-də saat 00:00-dan 06:00-dək yol hərəkəti məhdudlaşdırılacaq.

Leonidze, İnqoroğva, Aleksandre Cavcavadze, Qriboedov, Barataşvili və Tabukaşvili küçələri vasitəsilə avtomobillərlə hərəkət mümkün olacaq; Melikişvili prospektindən Mtatsmindanın qalan küçələri istiqamətində hərəkətə Canaşia, Tarxnişvili, Tatişvili, Çovelidze, Zandukeli küçələrindən keçməklə və sonra Barnovi, Qoqebaşvili və Kakabadzeebi qardaşları küçələrindən istifadə etməklə icazə veriləcək.

Mtatsminda rayonunun digər küçələrindən Qriboedov, Mağaşvili, Barnovi və Şanidze küçələri vasitəsilə Melikişvili prospektinə və “Rustaveli” metro stansiyasının ərazisinə getmək mümkün olacaq. Azadlıq meydanında isə hərəkət yalnız Rustaveli prospekti istiqamətində məhdudlaşdırılacaq. “Rustaveli” metro stansiyasına bitişik ərazidən Azadlıq Meydanına gedən avtomobillər Rustaveli prospektində zeytun ağacının yanından döndükdən sonra Mixeil Cavaxişvili küçəsi və Mtkvarinin sağ sahili vasitəsilə hərəkət edəcəklər.

Məlumatı Tbilisinin Meriyası yayır.