Yeni il işıqlandırmalarının quraşdırılması ilə əlaqədar olaraq, noyabrın 27-i və 28-də Rustaveli prospektində yol hərəkəti gecə saatlarında müvəqqəti olaraq məhdudlaşdırılacaq
Yeni il işıqlandırmalarının quraşdırılması ilə əlaqədar olaraq, Rustaveli prospektində Birinci Respublika Meydanından Azadlıq Meydanına qədər noyabrın 27-i və 28-də saat 00:00-dan 06:00-dək nəqliyyatın hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılacaq, lakin hər iki meydanda avtomobillərin hərəkəti mümkün olacaq. Məlumatı Tbilisinin Meriyası yayır.
Onların məlumatına əsasən, nəqliyyat vasitələri üçün hərəkət Leonidze, İnqoroğva, Aleksandre Cavcavadze, Qriboedov, Barataşvili və Tabukaşvili küçələri vasitəsilə mümkün olacaq; Melikişvili prospektindən Mtatsminda rayonunun qalan küçələri istiqamətində hərəkətə Canaşia, Tarxnişvili, Tatişvili, Covelidze, Zandukeli küçələrindən keçməklə və sonra Barnovi, Qoqebaşvili və Kakabadze küçələrindən istifadə etməklə icazə veriləcək.
“Mtatsminda rayonunun digər küçələrindən Qriboedov, Mağaşvili, Barnovi və Şanidze küçələrindən keçməklə Melikişvili prospektinə və metronun “Rustaveli” stansiyasının ərazisinə getmək mümkün olacaq. Azadlıq Meydanında isə hərəkət yalnız Rustaveli prospekti istiqamətində məhdudlaşdırılacaq.
Metronun “Rustaveli” stansiyasına bitişik ərazidən Azadlıq Meydanına doğru gedən avtomobillər Rustaveli prospektində, zeytun ağacının yanında döndükdən sonra Mixeil Cavaxişvili küçəsi və Mtkvari çayının sağ sahili vasitəsilə hərəkət edəcəklər” – Tbilisinin Meriyasının məlumatında qeyd olunub.