Yeni il gecəsi ictimai nəqliyyat ənənəvi olaraq uzadılmış iş rejimində çalışacaq. Qeyd olunan dövrdə həm Tbilisi metrosu, həm də avtobuslar sərnişinlərə pulsuz xidmət göstərəcək.
Tbilisinin Meriyasının məlumatına əsasən, metropoliten yanvarın 1-i saat 03:00-dək çalışacaq, avtobuslar isə dekabrın 31-i saat 23:00 əvəzinə yanvarın 1-i saat 03:00-dək hərəkət edəcəklər.
Riğe-Nariğala kanat yolu sərnişinlərə dekabrın 31-i saat 22:00-dan yanvarın 1-i saat 03:00-dək xidmət göstərəcək.
Milad gecəsinə gəlincə, Tbilisi metrosunun fəaliyyəti yanvarın 7-si saat 00:00-dan 03:00-dək uzadılacaq. Bu halda da sərnişinlərə xidmət pulsuz olacaq.