Yeni dizayna malik şəxsiyyət və səyahət sənədlərinin verilməsinə başlanılır
Yeni dizayna malik şəxsiyyət və səyahət sənədlərinin verilməsinə başlanılır

 

Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yeni nəsil, yenilənmiş dizayna malik Gürcüstan vətəndaşının biometrik pasportunun və yaşayış icazəsinin elektron vəsiqələrinin verilməsinə başlayır.

Xidmətlərin İnkişafı Agentliyinin məlumatına əsasən, yeni sənədləri cari ilin oktyabrın 6-dan müraciət edən şəxslər alacaq.

“Qeyd etmək lazımdır ki, rüsumlar eyni qalır, müddətli sənədlərin sahibləri isə onları yenisi ilə əvəz etməyə məcbur deyillər. Həmçinin, yenilənmiş dizaynla aşağıdakı şəxsiyyət və səyahət sənədləri veriləcək: müvəqqəti yaşayış icazəsinin elektron vəsiqəsi; daimi yaşayış icazəsinin elektron vəsiqəsi; diplomatik pasport; xidməti pasport; qaçqın statusuna malik şəxsin səyahət sənədi; Gürcüstanda statusu olan vətəndaşlığı olmayan şəxsin səyahət pasportu.

Yeni nəsil sənədlərin təhlükəsizliyi müasir mühafizə elementləri ilə daha da gücləndirilib və beynəlxalq standartlara tam şəkildə uyğundur, onların dizaynı isə milli mövzulu rəmzlərlə zəngindir.

Maraqlanan şəxslər sənədlərlə bağlı Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi xidmətlərinə, Ədliyyə Evinin filialları və səyyar ədliyyə evlərinə müraciət edə bilərlər. Həmçinin, uzaqdan, Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin veb-səhifəsi vasitəsilə: sda.gov.ge.https://sda.gov.ge/

Elektron şəxsiyyət vəsiqələrinin verilməsi 2025-ci ilin noyabrın 3-dən planlaşdırılır” – Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumatında qeyd olunub.