Yəmənli şiə "Husi"lər İsrailin mülki təyyarələrinə hücumlar planlaşdırdıqlarını bildirirlər
Yəmənli şiə "Husi"lər İsrailin mülki təyyarələrinə hücumlar planlaşdırdıqlarını bildirirlər

 

Yəmənli şiə “Husi”lər İsrailin mülki təyyarələrinə hücumlar planlaşdırdıqlarını bildirirlər. Bu barədə məlumatı Ərəb mediası yayır.

Yayılmış məlumata əsasən, təhdid İsrail hərbi aviasiyasının Yəmənin paytaxtı Səna Hava Limanında qalan sonuncu təyyarəni məhv etməsindən sonra səsləndirilib.

“Husi”lərin nümayəndəsi Mahdi al-Maşat bildirir ki, hələ də Ben Qurion Hava Limanına uçuşlar həyata keçirən bütün beynəlxalq aviaşirkətlər marşrutları dərhal dayandırmalıdır, çünki hücum riski var. “Husi”lərin nümayəndəsi qeyd edir ki, Ben Qurion Hava Limanı artıq təhlükəsiz hesab oluna bilməz.