Yəmənli “Husi”lərin hücumundan sonra böyük aviaşirkətlər Səudiyyə Ərəbistanına uçuşları dayandırıblar
Yəmənli “Husi”lərin hücumundan sonra böyük aviaşirkətlər Səudiyyə Ərəbistanına uçuşları dayandırıblar.
Medianın məlumatına əsasən, “Qatar Airways” aviaşirkəti gecə saatlarında Ər-Riyad və Dammamdan aviareysləri müvəqqəti dayandıracağını təsdiqləyib.
Bununla yanaşı, “Etihad Airways” aviaşirkətindən bəyan ediblər ki, Abu-Dabi, Ər-Riyad, Ciddə və Dammamdan olan reyslər regiondakı vəziyyətlə əlaqədar oktyabrın 19-na qədər ləğv ediləcək.
Digər aviaşirkətlərə gəlincə, hücuma görə Ər-Riyad istiqamətində uçuşları “Lufthansa” oktyabrın 16-dək, “Air France” oktyabrın sonuna dək, “IndiGo” oktyabrın 15-dək, “Gulf Air” oktyabrın 17-dək, “Cathay Pacific” isə Honkonqdan Dubaya və Honkonqdan Ər-Riyada reysləri 2027-ci ilin yanvarın 31-dək dayandırıb.
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanında Kral Xalid Beynəlxalq Hava Limanına “Husi”lərin hücumu nəticəsində bir nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb. Bu hücumdan əvvəl Ər-Riyad Beynəlxalq Hava Limanına zərbə endirilmişdi, buna görə məsuliyyəti İran tərəfindən dəstəklənən “Husi”lər üzərinə götürmüşdü. Hücum nəticəsində 13 nəfər həlak olmuş, 300-dən çox insan yaralanmışdı.