Yəmənli "Husi"lər tərəfindən buraxılmış pilotsuz uçuş aparatı İsrailin Eylat şəhərində mehmanxananın girişinə çırpılıb
Yəmənli "Husi"lər tərəfindən buraxılmış pilotsuz uçuş aparatı İsrailin Eylat şəhərində mehmanxananın girişinə çırpılıb

 

Yəmənli “Husi”lər tərəfindən buraxılmış pilotsuz uçuş aparatı İsrailin Eylat şəhərində mehmanxananın girişinə çırpılıb.

İsrail mediası hadisənin maddi ziyana səbəb olduğunu, lakin xəsarət alan olmadığını bildirib.

Növbəti saatlarda İsrail Hərbi Hava Qüvvələri Yəməndən buraxılan daha iki pilotsuz uçuş aparatını vurub. Keçən axşam “Husi”lər İsrail istiqamətində raket buraxıblar, nəticədə ölkənin mərkəzi hissəsində həyəcan siqnalı işə salınıb, lakin onu da İsrail Hərbi Hava Qüvvələri vurub.

Ölkənin hərbçiləri bildiriblər ki, İsrail Hərbi Hava Qüvvələri aparatı nə üçün zərərsizləşdirə bilmədiyini araşdırır.

“Husi”lər sentyabrın 18-də İsrail istiqamətində bir neçə pilotsuz uçuş aparatı buraxdıqlarını, onlardan üçünün Eylatda yerləşən hədəflərə, birinin isə Ber- Şevada yerləşən hədəfə yönəldiyini bildiriblər.