Yəmənli “Husi”lər Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin nasos stansiyasına və Qırmızı dəniz sahilindəki Yanbu liman şəhərində yerləşən neft obyektinə hücum etdiklərini bəyan edirlər

22:54, 12.11.2026

 

Yəmənli “Husi”lər Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin nasos stansiyasına və Qırmızı dəniz sahilindəki Yanbu liman şəhərində yerləşən neft obyektinə hücum etdiklərini bəyan edirlər.

“Reuters”in məlumatına əsasən, Şərq-Qərb neft kəməri Səudiyyə Ərəbistanı üçün strateji əhəmiyyətə malik boru kəməridir və Hörmüz boğazının bağlanması fonunda ölkə neft ixracının böyük hissəsini məhz bu kəmər vasitəsilə həyata keçirir.

Bununla yanaşı, bir qədər əvvəl “Husi”lərin hərbi nümayəndəsi qruplaşmanın Məkkə şəhərini iki ballistik raketlə bombaladığını təkzib edib. Bundan əvvəl isə Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi noyabrın 11-də Məkkə istiqamətində raket hücumunu dəf etdiklərini açıqlamışdı.

Məlumat üçün bildirək ki, ötən ay Səudiyyə Ərəbistanı ilə “Husi”lər arasında qarşılıqlı hücumlar bir neçə dəfə baş verib. Yəmənli “Husi”lərin hücumları səbəbindən Səudiyyə Ərəbistanının hava limanları fəaliyyətini bir neçə günlüyə dayandırmışdı.

Oxşar