Yəmənli “Husi”lər Səudiyyə Ərəbistanının hücumu zamanı Səna bölgəsində 31 nəfərin öldüyünə dair məlumat verirlər

17:55, 07.11.2026

 

Yəmənli “Husi”lər Səudiyyə Ərəbistanının hücumu zamanı Səna bölgəsində 31 nəfərin öldüyünə dair məlumat verirlər.

Yerli medianın məlumatına əsasən, Səudiyyə Ərəbistanı hərbi təyyarələrinin hava zərbəsi nəticəsində həlak olanlar arasında qadınlar və uşaqlar da var.

Yayılan məlumata əsasən, hava zərbəsi Al-Şariya məhəlləsində beş yaşayış evinə endirilib. Dağılmış evlərin dağıntıları altından qurbanların çıxarılması işləri hazırda da davam edir. Bununla yanaşı, medianın məlumatına əsasən, döyüş təyyarələri xilasetmə qruplarına da daha iki zərbə endiriblər.

Yəmən mediasının məlumatına əsasən, Səudiyyə Ərəbistanı aviasiyası Saada regionunun Sahar rayonuna da hava zərbəsi endirib.

Oxşar