Yəmənli “Husi”lər İsrailin Aşkelon şəhərinə edilmiş hücuma görə məsuliyyəti üzərlərinə götürüblər

10:27, 26.12.2024

 
Yəmənli “Husi”lər İsrailin Aşkelon şəhərinə edilmiş hücuma görə məsuliyyəti üzərlərinə götürüblər. Bu barədə “Husi”lər tərəfindən yayılmış bəyanatda qeyd olunub.

“Husi”lər İsrailə qarşı biri Təl-Əviv bölgəsini, digəri isə Aşkelonun sənaye zonasını hədəf alan iki dron buraxıblar.

Bundan əvvəl İsrail Aşkelon istiqamətində buraxılmış dronun açıq əraziyə düşdüyünü açıqlamışdı. Təl-Əviv bölgəsinə buraxılan ikinci dron haqda məlumat yayılmayıb.

Xatırladaq ki, son günlərdə yəmənli “Husi”lər İsrailə qarşı hücumlarını gücləndiriblər, buna səbəb olaraq da Qəzza sektoruna dəstəyi göstərirlər.

Oxşar