Yəmən mediasının məlumatına görə, Səudiyyə Ərəbistanının hərbi aviasiyası Yəmənin paytaxtı Sənadakı hava limanının ərazisini bombalayıb
Səudiyyə Ərəbistanının hərbi aviasiyası Yəmənin paytaxtı Sənadakı hava limanının ərazisini bombalayıb. Yerli medianın məlumatına görə, hava limanına bir neçə hava zərbəsi endirilib.
Yəməndəki husi hərəkatının nümayəndəsi, briqada generalı Yəhya Saria bildirib ki, Səudiyyə Ərəbistanının Səna Beynəlxalq Hava Limanına qarşı həyata keçirdiyi hücum cavabsız və cəzasız qalmayacaq.
Yəmən mediasının yaydığı məlumata əsasən, Saria qeyd edib ki, “ədalətsiz və açıq təcavüz aktı çərçivəsində düşmən Səudiyyə Ərəbistanı Səna Beynəlxalq Hava Limanına bir neçə hava zərbəsi endirib. Bununla da gərginliyin azaldılması mərhələsinə son qoyulub və baş verən təcavüzün nəticələrinə görə məsuliyyəti özü daşıyacaq.”