Yelisey Sarayında Volodimir Zelenski və Emmanuel Makronun görüşü keçirilir

15:14, 01.12.2025

 

Yelisey Sarayında Ukrayna və Fransa prezidentlərinin görüşü başlayıb. Məlumatı “France 24” yayır.

Medianın məlumatında görüşün bir saat gec başladığı deyilir.

Yelisey Sarayında bəyan etdikləri kimi, liderlər ABŞ-nin sülh planını, eləcə də ədalətli və dayanıqlı sülh üçün zəruri şərtləri müzakirə edəcəklər. Həmçinin, “İstəklilər koalisiyası” tərəfindən Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı məsələlər müzakirə olunacaq.

Oxşar