Yelisey sarayı - Avropa birliyi narahatlıq olanda, dezinformasiya o qədər uzağa gedir ki, adi salfet narkotikə bənzəyir, bu saxta xəbəri Fransanın düşmənləri yaydılar
Yelisey sarayı - Avropa birliyi narahatlıq olanda, dezinformasiya o qədər uzağa gedir ki, adi salfet narkotikə bənzəyir, bu saxta xəbəri Fransanın düşmənləri yaydılar

 

Fransa Prezidentinin Administrasiyasında Kiyevə qatarla gedən Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Mertsin masanın üstünə guya narkotik maddə qoyması və Makronun onu gizlətməyə çalışdığı barədə rus media vasitələri və daha sonra sosial şəbəkələrdə yayılan məlumatı yalan adlandırıblar.

Yelisey Sarayı tərəfindən yayılmış fotomaterialda görünür ki, Emmanuel Makronun önündə kağız salfet var, Yelisey Sarayı onun üzərinə yazı yerləşdirib və qeyd edib ki, “bu, burnu silmək üçün salfetdir”, üç liderin göründüyü ikinci fotoya isə qeyd edilib ki, “bu, Avropa birliyidir. Sülhün bərqərar olması üçün”.

“Avropa birliyi narahatlıq olanda, dezinformasiya o qədər uzağa gedir ki, adi salfet narkotikə bənzəyir. Bu saxta xəbəri Fransanın həm xaricdə, həm də daxildəki düşmənləri yaydılar. Biz bu cür manipulyasiyalara qarşı ayıq-sayıq olmalıyıq” – Yelisey Sarayının bəyanatında qeyd olunub.