Yekaterinburqda saxlanılan Azərbaycan diasporunun rəhbərini ifadəsini aldıqdan sonra sərbəst buraxıblar
Yekaterinburqda saxlanılan Azərbaycan diasporunun rəhbərini ifadəsini aldıqdan sonra sərbəst buraxıblar

 

Yekaterinburqda saxlanılan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini ifadəsini aldıqdan sonra sərbəst buraxıblar – bu barədə Azərbaycan mediası yazır.

Bununla əlaqədar məlumatı rus mediası da yayır.

Xatırladaq ki, Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin saxlanılması ilə bağlı dünən məlumat yayıldı. Mediada həmçinin Rusiyanın Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Şıxlinskinin avtomobilinə yaxınlaşdığını, şüşələri sındırdığını və sonra onu saxladığını əks etdirən görüntülər yayıldı.