Yeddi siyasi birlik özünüidarəetmə seçkilərində iştirak edəcəkləri təqdirdə, sıra nömrəsinin verilməsi ilə bağlı MSK-ya müraciət edib
Mərkəzi Seçki Komissiyası, bələdiyyə orqanlarının 2025-ci ilin 4 oktyabr seçkilərində iştirak edəcəkləri təqdirdə, sıra nömrəsinin verilməsi ilə bağlı müraciət etmiş siyasi birliklərin siyahısını dərc edir.
MSK tərəfindən dərc olunmuş məlumata əsasən, yeddi siyasi birlik Seçki Administrasiyasına müraciət edib. Bunlardır:
“Qaxaria Gürcüstan Naminə” – nömrə 25.
“Gürcü Arzusu-Demokratik Gürcüstan” (qısaldılmış adı MPG “Gürcü Arzusu”) – nömrə 41.
“Güclü Gürcüstan-Lelo, xalq naminə, azadlıq naminə!” – nömrə 9.
“Yeni Siyasi Mərkəz” (qısaldılmış adı “Qirçi”) – nömrə 36.
“Birlik-Milli Hərəkat” (qısaldılmış adı “Birlik-NM”) – nömrə 5.
“Gürcüstanın Vətənpərvərlər Alyansı” (qısaldılmış adı “Gürcüstan vətənpərvərləri”) – nömrə 8.
“Dəyişiklik Naminə Koalisiyası Qvaramia Melia Qirçi “Droa” – nömrə 4.