Yayılan məlumata görə, Acara iqtidarının sədri Zurab Pataradze vəzifəsini tərk edir
Yayılan məlumata görə, Acara iqtidarının sədri Zurab Pataradze vəzifəsini tərk edir.
Acara iqtidarının mətbuat xidmətinin yaydığı məlumata görə, bugün saat 12:00-da Zurab Pataradze fövqəladə bəyanat verəcək.
Zurab Pataradzenin istefa verdiyi təqdirdə, Acaranın nazirlər kabineti də avtomatik olaraq istefa vermiş olacaq.
Acaranın yeni sədr namizədliyini prezident Acaranın Ali Şurasının fraksiyaları ilə məsləhətləşmədən sonra iki həftə ərzində təqdim etməlidir.
Təqdim edildikdən sonra, yeni sədr nazirlər kabinetinin tərkibini təqdim etməlidir.
Son olaraq isə, Acara iqtidarının Ali Şurası yeni iqtidar tərkibinə etibarını bildirməlidir.