Yaroslav Kaçinski – Berlin bu gün bir vaxtlar hərbi yolla həyata keçirməyə çalışdığı planlarını yerinə yetirmək üçün dinc vasitələrdən istifadə etmək istəyir
Berlin bu gün bir vaxtlar hərbi yolla həyata keçirməyə çalışdığı planlarını yerinə yetirmək üçün dinc vasitələrdən istifadə etmək istəyir, – bu barədə Polşanın hakim “Hüquq və Qanun” partiyasının lideri, Yaroslav Kaçinski bəyan etdi.
Kaçinskinin dediyinı görə, bu, təkcə Polşaya deyil, bütün Avropaya, o cümlədən Almaniyaya təsir edən böhrana və fəlakətə aparan yoldur.
Polşanın hakim partiyasının rəhbərinin bəyan etdiyinə görə, Avropanın gücü onun suveren dövlətlərinin gücündədir.
Oktyabrın əvvəlində Varşava Berlinə diplomatik nota göndərərək, İkinci Dünya Müharibəsində dəymiş ziyanın ödənilməsi üçün 1.3 trilyon avro tələb etdi.