Bu gündən etibarən “Yaradıcı Tbilisi” müsabiqəsinin ikinci mərhələsinə müraciətlərin qəbulu bərpa olunub – bu barədə Tbilisinin meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında deyib.
O bildirib ki, müsabiqənin məqsədi yaradıcılıq sənayesinin inkişafına kömək etmək, bu sahədə fəaliyyət göstərən sənətçilərin və yaradıcılıq qruplarının ideyalarını üzə çıxarmaq və reallaşdırmaqdır.
“Müsabiqə 2019-cu ildən başlayıb və mövcudluğunun altıncı ilində Tbilisi Meriyasının dəstəyi ilə artıq 230-a yaxın maraqlı layihə həyata keçirilib. Payız mərhələsində, sentyabrın 10-dan sentyabrın 30-u da daxil olmaqla, üç istiqamət üzrə layihələr qəbul olunacaq: nəşriyyat fəaliyyəti, dizayn və sənətkarlıq, müasir vizual incəsənət” – Kaxa Kaladze bildirib.
O bildirib ki, əlavə məlumat almaq və müraciətləri yükləmək istəyənlər bunu xüsusi olaraq müsabiqə üçün yaradılmış culture.tbilisi.gov.ge. veb saytında edə bilərlər. https://culture.tbilisi.gov.ge/#/home/applications/list
“Gürcüstan ərazisində qeydiyyatdan keçmiş hüquqi şəxs və ya Gürcüstanın Vergi Məcəlləsi ilə müəyyən edilmiş sahibkar fiziki şəxs müsabiqədə iştirak edə bilər. Qeyd etmək lazımdır ki, müsabiqə çərçivəsində maliyyələşdirilən layihələrin əksər hissəsi həqiqətən qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə xidmət edir” – Kaxa Kaladze qeyd edib.