Yaponiyanın mərkəzi hissəsində magnitudası 6,4 olan zəlzələ baş verib
Yaponiyanın mərkəzi hissəsində magnitudası 6,4 olan zəlzələ baş verib. Yaponiyanın Meteorologiya Agentliyinin məlumatında, zəlzələnin Noto yarımadasında 10 kilometr dərinlikdə baş verdiyi deyilir.
Yaponiyanın Meteorologiya Agentliyinin məlumatına əsasən, bu zəlzələ dəniz səviyyəsində kiçik dəyişikliklərə səbəb ola bilər. Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb.
Yayılmış məlumata əsasən, zəlzələ nəticəsində atom elektrik stansiyalarında belə heç bir dəyişiklik müşahidə edilməyib.