Yaponiyanın Baş naziri cari həftənin sonunda ölkə parlamentini buraxacaq və növbədənkənar seçkilər təyin edəcək
Yaponiyanın Baş naziri cari həftənin sonunda ölkə parlamentini buraxacaq və növbədənkənar seçkilər təyin edəcək

 

Yaponiyanın Baş naziri Sanae Takaiçi cari həftənin sonunda ölkə parlamentini buraxacaq və milli seçkilər təyin edəcək.

“Reuters”in yazdığı kimi, növbədənkənar seçkilərin təyin olunması ona ölkənin hakim Liberal Demokrat Partiyası üzərindəki təsirini gücləndirmək və möhkəm koalisiya çoxluğunu qazanmaq üçün güclü ictimai dəstək qazanmağa imkan verəcək.

Nəşrin məlumatına əsasən, seçkilər seçiciyə ölkədə qiymətlərin artmasının ictimaiyyətin əsas qayəsi olduğu, hazırkı hakimiyyətin isə əsas prioritetinin müdafiə xərclərini artıracaq təhlükəsizlik strategiyasını gücləndirmək olduğu bir vaxtda öz mövqeyini bildirmək şansı verəcək.

“NHK” ictimai yayımçısı tərəfindən ötən həftə dərc edilən sorğuya əsasən, fikri soruşulanların 45%-i əsas qayə olaraq qiymətləri, 16%-i isə diplomatiya və milli təhlükəsizliyi göstərib.

Sanae Takaiçini 2025-ci ilin oktyabrın 21-də Yaponiyanın Baş naziri vəzifəsinə seçiblər. Yaponiya tarixində ilk dəfədir ki, bir qadın bu vəzifəni tutur.