Yaponiyada zəlzələ nəticəsində ən azı 50 nəfər xəsarət alıb

17:39, 28.07.2026

 

Medianın məlumatına əsasən, Yaponiyada maqnitudası 7.1 olan zəlzələ nəticəsində Kumamoto prefekturasında ən azı 50 nəfər xəsarət alıb. Ticarət mərkəzlərindən biri qismən uçub. Hakimiyyətdə insan tələfatının da ola biləcəyindən ehtiyat edirlər.

Hazırda ticarət mərkəzinin ərazisində vətəndaşlar qalırlar və bayıra çıxa bilmirlər. Medianın yazdığı kimi, ərazidə partlayış səsi də eşidilib, ardınca isə yanğın başlayıb.

Yayılan məlumata əsasən, zəlzələ zamanı hərəkətdə olan sürət qatarında da bir neçə nəfər xəsarət alıb. Həmçinin avtomobil yolları zədələnib.

Yaponiyanın Baş naziri Sanae Takaiçinin bəyanatına əsasən, xilasetmə əməliyyatlarına 3 600-dək hərbçi cəlb olunub.

Hazırda sunami təhlükəsi ilə bağlı xəbərdarlıq ləğv edilib.

Oxşar