Yaponiyada son 24 saat ərzində koronavirusun min yeni halı aşkar edildi
Yaponiyada son bir gün ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi – min yeni halı qeydə alındı. Bu isə, 21 avqustdan sonra ən yüksək göstəricidir.
Məlumatı yerli media yayır.
Virusun yeni hallarının sayı paytaxt Tokiyoda və bir neçə vilayətdə kəskin şəkildə artdı.
Ümumilikdə, virusun yayılmasından bu günə qədər, Yaponiyada koronavirusun 104 743 təsdiq olunmuş halı qeydə alınıb, 1 800 insan vəfat edib.