Yaponiyada son 24 saat ərzində koronavirusun 900-ə qədər yeni halı qeydə alındı
Yaponiyada son 24 saat ərzində koronavirusun 900-ə qədər yeni halı qeydə alındı, 17 pasiyent isə, vəfat etdi.
Məlumatı “CNN” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Yeni hallardan 236 halı ölkənin paytaxtı Tokiyoda qeydə alındı.
Pandemiyanın başlamasından bu günə qədər Yaponiyada koronavirus 65 380 insanda təsdiq olundu, 1 239 pasiyent vəfat etdi.