Yaponiyada son 24 saat ərzində koronavirusun 1 264 yeni halı aşkar edildi
Yaponiyada son 24 saat ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi qeydə alındı. Ötən gün ərzində 1 264 yeni halı aşkar edildi. Virus nəticəsində üç insan vəfat etdi. Məlumatı “CNN” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Pandemiyanın başlamasından ilk dəfə, Yaponiyada hərgünlük halların sayı mini keçdi. Ən ağır durum Tokiyo, Osaka və Ayitidədir.
Ümumilikdə Yaponiyada koronavirusun 33 761 təsdiq olunmuş halı aşkar edilib, 1 017 insan vəfat edib.