Yaponiyada növbədənkənar parlament seçkiləri oktyabrın 27-də keçiriləcək

14:02, 30.09.2024

 
Yaponiyada növbədənkənar parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Seçkilərin vaxtından əvvəl keçirilməsi barədə qərarı ötən həftə hakim “Liberal Demokrat Partiyası”nın yeni lideri seçilən ölkənin baş nazirliyinə yeni namizəd Şiqeru İşiba verib.

İndiki baş nazir Fumio Kişida hələ avqust ayında partiyanın liderliyi uğrunda mübarizəni davam etdirməyi planlaşdırmadığını açıqlamışdı.

67 yaşlı Şiqeru İşiba hökumətin yeni tərkibini formalaşdırmaq üçün artıq namizədlərin seçilməsinə başlayıb. Onlar növbədənkənar seçkilərdə onunla birlikdə iştirak edəcəklər.

Şigeru İşiba 2007-2008-ci illərdə Yaponiyanın müdafiə naziri vəzifəsini tuturdu.

Oxşar