Yaponiyada maqnitudası 7,5 olan zəlzələ nəticəsində ən azı 30 nəfər yaralanıb
Yaponiyada maqnitudası 7,5 olan zəlzələ nəticəsində ən azı 30 nəfər yaralanıb, minlərlə insan evini tərk etməyə məcbur olub.
Yayılan məlumata əsasən, 90 min insana təxliyyə ilə bağlı əmr göndərilib.
Zəlzələyə görə qatarların hərəkəti dayandırılıb və minlərlə abonent elektriksiz qalıb.
Ölkənin şimal-şərq bölgəsində, Aomori prefekturasında qeydə alınan zəlzələyə görə elan edilmiş sunami xəbərdarlığı ləğv edilib.
Həmçinin, hakimiyyət əhalini ən azı bir həftə ərzində son dərəcə ehtiyatlı olmağa çağırır.