Yaponiyada güclü qar ən azı 30 nəfərin həyatına son qoyub, 100-dən çox insan isə yaralanıb
Yaponiyada güclü qar ən azı 30 nəfərin həyatına son qoyub, 100-dən çox insan isə yaralanıb

 

Yaponiyada güclü qar ən azı 30 nəfərin həyatına son qoyub, 100-dən çox insan isə yaralanıb.

Fəlakət xüsusilə ölkənin şimal və qərbində yerləşən bölgələrə zərər verib.

Medianın məlumatına əsasən, qar örtüyünün təxminən iki metr olduğu Aomori şəhərində müdafiə qüvvələrinin əsgərləri də yolların təmizlənməsi işlərinə cəlb olunub.

Onların məlumatına əsasən, şəhərdə 40 ildən çoxdur ki, belə güclü qar yağışı olmayıb. Saporo şəhərində yolların qardan təmizlənməsi işlərinə 1000-dən çox qar təmizləyən avtomobil cəlb olunub. Güclü qar yağışına görə Hokkaydonun əsas hava limanı müvəqqəti olaraq bağlanıb, dəmir yolu hərəkəti ləngiyib və bəzi magistral yollar bağlanıb.