Yaponiyada Çinin baş konsulunun Yaponiyanın Baş naziri haqqında bəyanatının son dərəcə uyğunsuz olduğunu bildirirlər
Yaponiyada Çinin baş konsulu tərəfindən Yaponiyanın Baş naziri ilə bağlı edilmiş şərhin “son dərəcə uyğunsuz” olduğunu bildirirlər.
“Reuters”in məlumatına əsasən, noyabrın 8-də Çinin Osakadakı baş konsulu Siue Cian X sosial şəbəkəsində Yaponiyanın yeni baş naziri Sanae Takaiçiyə qarşı təhqiramiz paylaşım edib və onu tez bir zamanda silib.
“Bizə düşünmədən hücum edən çirkli boynu kəsməkdən başqa yolumuz yoxdur” – Siue Cian yazıb.
Paylaşımda Siue Takaiçinin Çinin Tayvana hücumuna necə cavab verə biləcəyi ilə bağlı şərhlərindən bəhs edən məqalə yayıb.
Yaponiyanın Baş Kabinetinin katibi Minoru Kihara paylaşımın “son dərəcə uyğunsuz” olduğunu bildirib. Kihara Yaponiyanın Xarici İşlər Nazirliyinin və Çindəki Yaponiya səfirliyinin Pekinə sərt etirazlarını bildirdiyini və paylaşımın silinməsini tələb etdiyini bildirib.
Müxbirin Yaponiyanın səfiri ölkədən çıxarıb-çıxarmayacağı ilə bağlı sualına Kihara, Siuenin “çoxsaylı uyğunsuz bəyanat” verdiyini və Yaponiyanın müvafiq tədbirlər görməsi üçün dəfələrlə Pekinə müraciət etdiyini bildirib.