Yaponiya Tokio yaxınlığında güclü tayfunun yaxınlaşması ilə əlaqədar əhalini daşqın və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdar edir
Yaponiya Tokio və ətraf bölgələrdə güclü tayfunla əlaqədar fövqəladə xəbərdarlıqlar yayıb. „Ducuan“ tayfunu ölkənin şərq sahillərinə doğru irəliləyir. Bu barədə „BBC“ məlumat yayıb.
Mütəxəssislərin qiymətləndirməsinə görə, „Ducuan“ tayfunu torpaq sürüşmələrinə və daşqınlara səbəb ola bilər.
Hazırda 200-dən çox aviareys ləğv edilib, dəmir yolu nəqliyyatının bəzi xidmətləri isə dayandırılıb.